Rusiya millisində ayrılıq
12.02.2025 - 11:26
Bədii gimnastika üzrə Rusiya milli komandasında ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, yığmanın baş məşqçisi İrina Viner postunu tərk edib.
Bunu mütəxəssisin özü açıqlayıb. O, bildirib ki, topladığı təcrübəni yeni məşqçilərə ötürmək niyyətindədir.
"Bədii gimnastika mənim həyatımdır. Xoşbəxtəm ki, bu gözəl idman növünün inkişafına öz töhfəmi verə bildim. Buna baxmayaraq, bədii gimnastika üzrə Rusiya milli komandasının baş məşqçisi vəzifəsindən istefa verirəm".
Qeyd edək ki, 76 yaşlı mütəxəssis 2001-ci ildən yığmanı çalışdırırdı.
- “Nə olar getmə, Emreli!” – Almanların təəssüfü
- Rahil Məmmədov qərarını verdi: Avropada qalır!
- Konfrans Liqası: "Aston Villa" "Ayaks"ı məğlub etdi - YENİLƏNİB
- "Qarabağ" yarımmüdafiəçi ilə razılığa gəldi - QALDI RƏSMİ MÜQAVİLƏ
- "CBC Sport"un baş redaktoru: "I Liqanın bir neçə oyununu da canlı yayımlamağı nəzərdə tutmuşuq"
0
0