Musa Ağayevdən bürünc medal
20.09.2024 - 01:27
Qazaxıstanın Atırau şəhərində güləş üzrə "Oil Capital Cup" turniri keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan sərbəst güləşçisi bürünc medal qazanıb.
65 kq çəki dərəcəsində Musa Ağayev 1/4 finalda gürcüstanlı Luka Janeraşviliyə qalib gəlib. Lakin o, yarımfinalda qazaxıstanlı Mayis Aliyevə uduzub.
Bürünc medal uğrunda görüşdə qazaxıstanlı Bek Jaksilikovu məğlub edən həmyerlimiz 3-cü pilləyə sahib çıxıb.
- Azərbaycan millisinin üzvü Avropa yolunda: Razılıq əldə olundu
- Robbi Kin: “Axmaq qollar buraxdıq”
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- "Fənərbaxça"dan darmadağın, Şahruddinli "Demirspor"dan növbəti xal itkisi - VİDEO
- İlham Zəkiyev qalmaqal barədə: “Həkimləri aldatmaq mümkün deyil”
0
0