Təmsilçimiz iranlı şahmatçını məğlub edib
12.02.2025 - 11:59
İranın Gilan şəhərində şahmat üzrə “Xəzər dənizi kuboku” keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Vüqar Rəsulov da mübarizəyə başlayıb.
O, ilk turda yerli şahmatçı Səccad Damodla qarşılaşıb. Təmsilçimiz rəqibini məğlub etməyi bacarıb.
Turnir İsveçrə sistemi ilə keçirilir. 116 iştirakçının mübarizə apardığı yarış doqquz turdan ibarət olacaq.
- Prezident İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıb
- Mark-Andre Ter Ştegen: "Barselona"nın Ulduz Qapıçısı
- Vinsen Abubakar "Hatayspor"da - RƏSMİ
- UFC prezidenti: "Hər kəs buradakı turnirin bir parçası olmaq istəyirdi"
- Ceyhun Sultanov: “Bu, o demək deyil ki, "Araz-Naxçıvan" ondan asılıdır”
0
0