Yığmamız İordaniyanı məğlub etdi
11.09.2024 - 22:23
Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması ilk tura İordaniya ilə üz-üzə gəlib.
Şahmatçılarımız 3,5:0,5 hesablı qələbə qazanıblar. Qrossmeysterlərimizdən yalnız Şəhriyar Məmmədyarov xalları yarıya bölüb.
45-ci Şahmat Olimpiyadası
11 sentyabr
Kişilər
Azərbaycan - İordaniya - 3,5:0,5
Aydın Süleymanlı – Əl Hatib-Əhməd - 1:0
Nicat Abasov – Samir Loay - 1:0
Rauf Məmmədov – Malik Saef - 1:0
Şəhriyar Məmmədyarov – Anas Hvaira - 0,5:0,5
0
0