Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, Yüksək Liqada XVIII turun üç matçı baş tutub.
Gəncədə eyniadlı komanda çempionatın autsayderi UNEC-i sınağa çəkib. "Tələbələr" cəmi 31 xal qazanaraq, hər 3 setdə uduzublar. GİN-nin Voleybol Mərkəzində öncə Abşeron" və "Milli Aviasiya Akademiyası" münasibətlərini ayırd edib. Qələbə qazanan Abşeron voleybolçuları 2-ci pilləyə yüksəliblər. Turun son oyununda "Azərreyl"ə uduzan "Murov Az Terminal" 3-cü yerə geriləyib. 3 xal "dəmiryolçular"ın liderliyini bir az da möhkəmlədib. Onlar 45 xalla ən yaxın izləyicisini 6 xal qabaqlayırlar.
Yüksək Liqa (qadınlar)
XVIII tur
"Gəncə" - UNEC - 3:0 (25:14, 25:9, 25:8)
Gəncə OİK
"Abşeron" - "Milli Aviasiya Akademiyası" - 3:0 (25:19, 25:22, 25:14)
GİN-in Voleybol Mərkəzi
"Murov Az Terminal" - "Azərreyl" - 1:3 (19:25, 17:25, 25:19, 23:25)
GİN-in Voleybol Mərkəzi