Afrikada futbol hakimi diri-diri yandırıldı
14.05.2025 - 13:09

Konqo Demokratik Respublikasında dəhşətli qətl hadisəsi baş verib.
Apasport.az xəbər verir ki, futbol hakimi Patrik Nqalamulume vəhşicəsinə öldürülüb.
"Nqalas" ləqəbi ilə tanınan referi futbol matçının ardından azarkeşlərin qəzəbinə tuş gəlib.
O, fanatlar tərəfindən oyun alqı-satqısında günahlandırılıb. Görüş bitdikdən sonra azarkeşlər hakimi diri-diri yandırıblar.
Şahidlərin dediyinə görə, Nqalamulume hər kəsin içində döyülüb. Lakin hadisə zamanı mühafizə xidmətinin heç bir xilasetmə cəhdi olmayıb.
Referi dünyasını dəyişənədək təcili yardım işçiləri hadisə yerinə çata bilməyiblər.
- Portuqaliya klubundan "Qarabağ"a 3-cü dəfə rədd cavabı: HÜCUMÇU TRANSFERİ YARIMÇIQ QALDI
- "Şamaxı"nın futbolçusu Türkiyə klublarının hədəfində - "Sabah"la mübarizə aparacaqlar
- Avropa Liqası: "Sabah"a Sloveniyadan rəqib, "Legiya" "Aktobe" ilə qarşılaşacaq - YENİLƏNİB
- "Qarabağ"da növbəti vidalar - iki ayrılıq dəqiqləşdi
- "Neftçi"nin problemi ancaq futbol oynamaqla bağlıdır"
0
0