"Barselona" Kimmixdən imtina etdi
10.01.2024 - 19:23
"Barselona" "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmixdən imtina edib.
Apasport.az xəbər verir ki, kataloniyalılar onun transferi uğrunda mübarizədən çəkilib.
Almaniyalı futbolçu 2024-cü ilin yayında "Barselona"ya keçməyəcək. Coşuanın gələcəyi hələ ki, qeyri-müəyyəndir. Onun qarşısında iki variant var: ya "Bavariya" ilə müqaviləsini uzadacaq, ya da karyerasını PSJ-də davam etdirəcək.
Qeyd edək ki, daha əvvəl mətbuatda "Barselona"nın yeni yarımmüdafiəçi axtarışına çıxdığı ilə bağlı xəbərlər yayılıb.
- Qurban Qurbanov: “Bacardığımız qədər hazırlaşmışıq”
- "Qarabağ" yarımmüdafiəçini istəyir: O da yüksək maaş
- “Şamaxı”nın qapıçısı: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaq, burada davamiyyətini artırmaqdır”
- Manuel Torres: Rafaelin məni nakaut edə biləcəyini düşünmürəm
- Belarusun “Dinamo Minsk” komandası Konfrans Liqasının ev oyunlarını Sumqayıtda keçirəcək
0
0