"Bavariya" "Bayer"in müdafiəçisini istəyir
02.01.2024 - 19:53
"Bavariya" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, münhenlilər "Bayer"in müdafiəçisi Conatan Ta ilə maraqlanır.
Almaniya çempionu onun transferini nəzərdən keçirir. "Bavariya"nın futbolçunun müqaviləsində nəzərdə tutulan təzminatı ödəyəcəyi bildirilir. Lakin kompensasiyanın məbləği tam olaraq açıqlanmır.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2015-ci ildə “Hamburq”dan “Bayer"ə keçib. Bu müddət ərzində o, 328 matçda iştirak edib, 12 qol vurub və 11 məhsuldar ötürmə verib.
- Ruslan Qafitullin: “Unutmayın ki, 3 oyunu "Qarabağ"la oynamışıq”
- Çempion heyətin vingeri yenidən “Neftçi”də? - AZARKEŞLƏRİN SEVİMLİSİ QAYIDIR
- İtaliya derbisində sevinən tərəf “İnter” oldu
- Şahin Şahniyarov: "Lionel Messi kimi Avropada çıxış etmək istəyirəm"
- Belarus yığmasının baş məşqçisi: "Meydana qələbə üçün çıxacağıq"
0
0