Bonuççi "Fənərbaxça" yolunda
08.01.2024 - 00:49
"Union"un müdafiəçisi Leonardo Bonuççi komandanı tərk etməyə yaxındır.
Apasport.az xəbər verir ki, o, karyerasını Türkiyədə davam etdirə bilər.
Almaniya mətbuatında futbolçunun "Fənərbaxça"ya keçəcəyi bildirilir. Qeyd edilir ki, istanbullular təcrübəli arxa xətt oyunçusunun tibbi müayinəsinin gününü də təyin edib. 36 yaşlı müdafiəçi Berlin klubunun futbolçuları və idarə heyəti ilə artıq vidalaşıb. O, bazar ertəsi komandanı tərk edəcək.
Qeyd edək ki, Bonuççi keçən yay azad agent kimi “Yuventus”dan “Union”a keçib.
- "Qalatasaray" Oliveyra ilə yollarını ayırdı - RƏSMİ
- Medina Qarabağ haqda: "İnsanların bizə sevgisini baxışlarından hiss edirik"
- Fərid Namazov: "Normalda bu aylarda qarşılaşmalar ən tez saat 4-5-də start götürməlidir"
- "Qəbələ" "Kəpəz"lə oyuna itki ilə hazırlaşdı
- "Neftçi"də təmizlik işləri - legionerə qapını göstərdilər
0
0