"Çelsi" uğursuz seriyaya son qoydu
13.01.2024 - 20:26
İngiltərə Premyer Liqasının 21-ci turunun matçları keçirilir.
Apasport.az xəbər verir ki, "Çelsi" doğma meydanda "Fulhem"i məğlub edib - 1:0.
Beləliklə, londonlular uğursuz seriyaya son qoyub. "Zadəganlar" 2022-ci ilin oktyabrından bəri ilk dəfə çempionatda ardıcıl üçüncü qələbəsini qazanıb. Komanda “Kristal Pelas” (2:1), “Luton Taun” (3:2) və “Fulhem” (1:0) görüşlərindən itkisiz ayrılıb.
Qeyd edək ki, "Çelsi" növbəti matçını yanvarın 23-də keçirəcək. Maurisio Poçettinonun yetirmələri İngiltərə Liqa Kubokunun 1/2 final mərhələsinin cavab oyununda evdə "Midlsbro" ilə qarşılaşacaq.
0
0