Ederson "Mançester Siti"nin tarixinə düşdü
25.02.2024 - 00:29
Ederson "Mançester Siti"nin tarixinə düşüb.
Apasport.az xəbər verir o, bunu İngiltərə Premyer Liqasının 26-cı turunun "Bornmut"la matçında (1:0) bacarıb.
Qolkiper matçda qapısını toxunulmaz saxlayıb. Bu görüş qapıçı üçün İngiltərə çempionatında klubun forması ilə 110-cu "quru oyun" olub. O, həmin göstəricidə Co Hartı (109) geridə qoyub.
Qeyd edək ki, Ederson 2017-ci ildə "Benfika"dan 40 milyon avroya "Mançester Siti"yə keçib.
- "Tottenhem" "Çelsi"nin futbolçusunu transfer etməyə hazırlaşır
- Renat Dadaşovun komandası "Konyaspor"a uduzdu
- Erik Ramos: "Çempionata bu cür başlamaq turnirlə çox erkən vidalaşmaq deməkdir" - MÜSAHİBƏ
- PSJ Mbappeyə əvəzləyici axtarışındadır
- Birinci vitse-prezident Mehriban Əliyeva Raman Saleyi təbrik edib
0
0