Türkiyə klubları FIFA tərəfindən cəzalandırılıb.
Apasport.az xəbər verir, 7 Superliqa klubuna transfer qadağası tətbiq olunacaq.
FIFA tərəfindən verilən açıqlamada bu addımın şəffaflığı təşviq etmək üçün atıldığı bildirilib. “Adana Dəmirspor”, “Antalyaspor”, “Alanyaspor”, “Hatayspor”, “Ankaragücü”, “Kayserispor” 3, “Samsunspor” isə 2 transfer pəncərəsindən məhrum qalacaq.
Aşağı liqa təmsilçilərindən isə “Adanaspor”, “Akhisarspor”, “Alq Spor”, “Altay”, “Bursaspor”, “Dənizlispor”, “Elazığspor”, “Ərzurumspor”, “Girəsunspor”, “Karabükspor”, “Kayseri Ərciyəsspor”, “Manisaspor”, “Mərsin Təlimyurdu”, “Tuzlaspor”, “Ümraniyəspor” və “Yeni Malatyaspor” cəzalandırılıb.
FIFA-nın açıqlamasından sonra “Adana Dəmirspor”un prezidenti Murat Sancak rəsmi X hesabından paylaşım edib. O, Yovan Manyevə olan borcların ödənildiyini və transfer qadağasının tətbiqinin ləğv edilməli olduğunu bildirib.