Futbol əfsanəsi dünyasını dəyişdi
08.01.2024 - 20:55
Dünya futbolunda ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Almaniya millisinin əfsanəvi futbolçusu və məşqçisi Frans Bekkenbauer dünyasını dəyişib.
Futbol üzrə dünya çempionu və ikiqat "Qızıl top" sahibi 79 yaşında vəfat edib. O, həyata gözlərini ailəsinin əhatəsində yumub.
Qeyd edək ki, Bekkenbauer Almaniya millisinin heyətində futbolçu kimi 1972-ci il Avropa, 1974-cü il dünya çempionu, "Bavariya" ilə 4 dəfə Bundesliqa qalibi olub. O, baş məşqçi kimi 1990-cı ildə yığması ilə dünya çempionu adına yiyələnib.
- Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edilib
- "Adana Dəmirspor" Balotelli ilə müqaviləni ləğv edir
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- "Barselona" müdafiəçisi üçün 80 milyon avro istəyir
- “Neftçi”dən ev qələbəsi - YENİLƏNİB
0
0