Hakimi "Real"ın hədəfində
06.03.2024 - 21:20
"Real" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub yay transfer pəncərəsində PSJ-nin müdafiəçisi Əşrəf Hakimini rənglərinə bağlamaq istəyir.
Madridlilər Ceremi Frimponqun transferi ilə bağlı "Bayer"lə razılığa gələ bilməsə, gözlərini mərakeşliyə çevirəcək. Onunla "Mançester Siti"nin də maraqlandığı bildirilir.
Qeyd edək ki, Hakimi bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 28 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
- "Qarabağ"ın yetirməsi I Liqa klubunda - RƏSMİ
- "Neftçi"də yarımmüdafiə problemi həll olundu: MÜQAVİLƏDƏ RAZILIĞA GƏLDİLƏR
- "Neftçi"nin 1369 günlük həsrəti bu gün sona çatacaq? - STATİSTİKA
- Füzuli Məmmədov: “Üzərimizdəki təzyiq bizi bir-birimizə daha sıx bağladı”
- UFC prezidenti: "Hər kəs buradakı turnirin bir parçası olmaq istəyirdi"
0
0