Kurtuanın durumu bəlli oldu
06.03.2024 - 20:51
"Real"ın qolkiperi Tibo Kurtuanın durumu bəlli olub.
Apasport.az xəbər verir ki, o, zədəsini sağaltmağa yaxındır.
Belçikalı futbolçu martın sonuna kimi ümumi qrupla məşqlərə başlaya bilər. O, ötən il avqustun 10-dan dizindən aldığı zədə səbəbindən rəsmi oyunlarda iştirak etmir.
Qeyd edək ki, Kurtua 2018-ci ildən "Real"ın şərəfini qoruyur.
0
0