"Mançester Yunayted" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmixlə maraqlanır.
"Qırmızı şeytanlar" onu Kasemironun əvəzləyicisi kimi görür. Klub rəhbərliyi braziliyalının çıxışından narazıdır. Həmçinin, İngiltərə təmsilçisi komandada ən yüksək maaş alanlardan biri olduğu üçün futbolçu ilə yollarını ayırmağı planlaşdırır. Kimmix uğrunda mübarizədə "Mançester Yunayted"in əsas rəqiblərinin "Liverpul" və "Tottenhem" olacağı vurğulanır.
Xatırladaq ki, bu mövsüm Kimmix bütün turnirlərdə 31 matçda iştirak edib, 1 qol vurub və 8 məhsuldar ötürmə edib.