Matiç Premyer Liqaya dönə bilər
09.01.2024 - 21:52
"Renn"in futbolçusu Nemanya Matiç Premyer Liqaya dönə bilər.
Apasport.az xəbər verir ki, o, Fransa klubundakı durumundan narazıdır.
Serbiyalı oyunçu rəhbərlikdən müqavilənin ləğvini tələb edib. Matiçə İngiltərə təmsilçilərindən namizədlərin olduğu bildirilir.
Qeyd edək ki, Nemanya ötən yay "Roma"dan "Renn"ə keçib.
0
0