"Napoli" "Yuventus"u məğlub etdi
04.03.2024 - 01:59
"Napoli" "Yuventus"u məğlub etdi

İtaliya A Seriyasında 27-ci turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, turun mərkəzi görüşündə "Napoli" "Yuventus"u qəbul edib.

Qarşılaşmada 3 qol vurulub. Meydan sahibləri 2:1 hesablı qələbəyə sevinib. Qələbə toplarının müəllifləri Xviça Kvaratsxeliya və Ciakomo Raspodori olub. Qonaqların heyətində isə Federiko Kyeza fərqlənib.

Qeyd edək ki, "Napoli" 43 xalla 7-ci, "Yuventus" 57 xalla 2-ci pillədə qərarlaşıb.

writer photo
İsmayıl Xeyrullayev
0