Reşford Avropa çempionatını buraxa bilər
28.03.2024 - 21:28
Markus Reşford təhlükə qarşısında qalıb.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu AVRO-2024-ü buraxa bilər.
İngiltərə yığmasının baş məşqçisi Qaret Sautgeyt onun hazırlıq səviyyəsindən narazıdır. Mütəxəssis son oyunlarda Reşfordun çıxışından razı qalmayıb. Çalışdırıcı Braziliya (0:1) və Belçika (2:2) ilə yoldaşlıq oyunlarında Markusa cəmi 16 dəqiqə şans verib.
Qeyd edək ki, 26 yaşlı hücumçu 2023/24 mövsümündə meydana çıxdığı 35 oyunda 8 qol vurub və 6 ötürmə edib.
- "Real"ın futbolçuları məşqlərə başladılar
- Nazim Sadıxov: “Rafael Fiziyevin rəqibini məğlub edəcəyinə inanıram”
- Ramal Hüseynov: “Belə işləməkdənsə, evdə oturub özlərinə hörmət etsinlər” - MÜSAHİBƏ
- "Neftçi"nin zədəli futbolçularının durumu bəlli oldu
- Avropa Liqası: Liqa mərhələsinin tam siyahısı - YENİLƏNİB
0
0