Reşford Barselonaya yollanıb: TRANSFERDƏ SON DURUM
21.07.2025 - 10:38
"Mançester Yunayted"in hücumçusu Markus Reşford komandanı tərk edəcək.
Apasport.az xəbər verir ki, o, karyerasını "Barselona"da davam etdirəcək.
Futbolçu bu gün yeni klubu ilə müqavilə imzalamaq üçün İspaniyaya yollanıb.
27 yaşlı ingiltərəli Barselonaya agentləri və qardaşı ilə birlikdə gəlib. Onun iki gün ərzində “Barselona”nın heyətində tibbi müayinədən keçməli olduğu bildirilir.
Daha sonra isə Reşford ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Markus 2025-ci ilin ilk yarısında icarə əsasında "Aston Villa"da çıxış edib.
- UFC turnirində iştirak edəcək idmançıların rəsmi çəkiölçmə mərasimi baş tutub
- Azər Bağırov: “Meydanda görmək istəmədiyimiz hallar var”
- Macarıstanın baş məşqçisi: “Azərbaycandan narazı qalmaq doğru olmaz”
- Qurban Qurbanov: “Görünürdü ki, “Neftçi” çox ciddi hazırlaşıb”
- Azərbaycan millisinin heyəti AÇIQLANDI
0
0