Rodri "Mançester Siti"nin növbəti matçını buraxacaq
05.01.2024 - 20:28
Rodri "Mançester Siti"nin növbəti matçını buraxacaq.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi İngiltərə Kubokunun 3-cü turunun "Haddersfild"lə oyununda komandasına kömək edə bilməyəcək.
"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola bildirib ki, futbolçunun nənəsi bir neçə gün əvvəl dünyasını dəyişib. Rodri ailəsinin yanında olmaq üçün İspaniyaya gedib və növbəti matçda oynamayacaq.
Qeyd edək ki, "Mançester Siti" - "Haddersfild" qarşılaşması yanvarın 7-də keçiriləcək.
- "Neftçi"nin Yeni Transferi Kimdir: “Maynts” Akademiyasından Bakı Klubuna
- Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"
- Paralimpiya Oyunları: Yaranma Tarixi, Səbəbləri və Əfsanələri
- Adil Şükürov: “Çalışacağıq ki, itirdiyimiz xalları bərpa edək”
- “Neftçi”nin həsrəti sona çatdı: 1294 gün sonra gələn seriya!
0
0