Van Dayk "Arsenal"la matçı buraxdı
07.01.2024 - 21:51
"Liverpul"da ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Vircil van Dayk xəstələnib.
Bunu komandanın baş məşqçisi Yürgen Klopp açıqlayıb. Müdafiəçi bu səbəbdən İngiltərə Kubokunun "Arsenal"la matçını buraxıb.
Qeyd edək ki, hazırda davam edən görüşdə hesab açılmayıb.
0
0