"Yarış barədə təəssüratlarım o qədər çoxdur ki, sözlə ifadə edə bilmərəm".
Bu sözləri "apasport"un Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ezam olunan əməkdaşına açıqlamasında İslamiadanın gümüş medalçısı Dadaş Dadaşbəyli deyib.
Azərbaycanlı atlet uğurunu bu sözlərlə ifadə edib:
"Yarışa bayraqdar kimi başlamışdım. Bu mənim üçün, idman karyeram üçün çox böyük uğurdur. Ardınca da iki medal qazandım. Mənimçün çox ağır və çətin oldu. Rəqiblərimin çoxu Olimpiya və Dünya çempionları idi. Nəticə olaraq, mən də zəif idmançı deyiləm. Heç də onlardan geri qalmırdım. Hazırlığım qısa olsa da, maksimum nəticə qazanmağa çalışdım. Mənimçün möhtəşəm yarış oldu. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu yalnız bizim yox, ölkəmizin, xalqımızın, millətimizin, üçrəngli bayrağımızın uğurudur. Hər kəsə təşəkkür edirəm. Çox sevincliyəm".
Qeyd edək ki, Dadaş iki hərəkətin cəmində 391 kq qaldırmaqla gümüş mükafata sahib olub. O, daha əvvəl birdən qaldırmada 180 kq çəkinin öhdəsindən gələrək gümüş medal qazanmışdı.
- "Qarabağ" - "Səbail" matçının biletləri satışa çıxarılıb
- "Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq"
- AFFA rəsmisi "Qalatasaray" – "Union" görüşünə təyinat alıb
- FIFA VAR-ın səlahiyyətlərini artırır: 2026 Dünya Kubokunda yeni qaydalar
- Avrokuboklardan sonra o da "Turan"ın əlindən çıxır - "Zirə" Aleksi istəyir