Azərbaycan - İngiltərə matçında azarkeş rekordu qeydə alınıb
30.05.2025 - 13:54
Minifutbol üzrə dünya çempionatının 1/4 final mərhələsində keçirilən Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib.
Apasport.az xəbər verir ki, bu barədə Minifutbol Federasiyası məlumat yayıb.
Bu, minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir.
Qeyd edək ki, bundan əvvəl ən çox azarkeş sayı Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçı olan Slovakiya - Belçika görüşündə olub - 6513.
- "Traktor"un qolu azarkeşin gözü ilə - VİDEO
- Daha bir "Qalatasaray"lı İstanbul derbisini buraxacaq
- Avrokuboklardan sonra o da "Turan"ın əlindən çıxır - "Zirə" Aleksi istəyir
- Cüdoçularımız təlim-məşq düşərgəsində iştirak edirlər
- Kənan Kərimov: "Əlimizdə olan heyətlə Premyer Liqada çıxış etmək mümkün deyil"
0
0