UEFA Avropa kuboklarının pley-off mərhələsinin cavab oyunlarından sonra klubların reytinq cədvəlini yeniləyib.
Apasport.az xəbər verir ki, son 5 mövsümün göstəricilərinə əsasən hazırlanan reytinqdə Azərbaycan 7 klubla təmsil olunur.
Bu sıralamada ən yaxşı göstəriciyə malik komandamız Qarabağ”dır. Ağdam təmsilçisi 32.000 xalla 66-cı yeri tutur. "Neftçi" 8.000 xalla 187-ci, "Zirə" isə 4.000 xalla 310-cudur.
“Sabah” (4.000) 311-ci, “Sumqayıt” (4.000) 315-ci yeri tutub. 3.000 xalı olan "Qəbələ" 329-cu, 2.500 xala malik "Şamaxı" isə 330-cu sırada qərarlaşıb.
Siyahıya “Real” başçılıq edir. Madrid klubunun 140.000 xalı var. “Mançester Siti” 2-ci (137.750), “Bavariya” 3-cüdür (128.750).
Qeyd edək ki, Azərbaycan ölkə olaraq UEFA sıralamasında 28-ci yeri tutur.
- Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırdı
- “Milan” qışda hücumçu və müdafiəçi transfer etməyi planlaşdırır
- "Neftçi" "Naxçıvan"la, "Sabah" "Sərhədçi" ilə qarşı-qarşıya
- Avarçəkənlərimiz "Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb
- “Bornmut”un müdafiəçisi “Yuventus”un radarında