Əliyar Ağayev Serbiya yığmasının oyununa təyinat alıb
08.06.2025 - 12:21
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, Ağayev DÇ-2026-nın seçmə mərhələsinin K qrupu çərçivəsində keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.
İyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
- Muslera "Qalatasaray" karyerasında bir ilk yaşayıb
- Avropa çempionatı: Ölkəmizi 19 idmançı təmsil edəcək
- Ceyhun Sultanov: "Qarabağ" istənilən rəqibdən xal ala bilər"
- Futbolda 5 fevral təsadüfü: Bu tarixdə doğulanlar ulduz olurlar
- "Qalatasaray"lıları əsəbiləşdirən hərəkət: "Kasımpaşa" oyundan sonra... - VİDEO
0
0