Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib.
O, “Kəpəz”lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub.
E.Mahmudov “Neftçi”də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. O, Premyer Liqada 44, Azərbaycan Kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.
Yarımmüdafiəçi “Neftçi”nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudur. O, klub tarixinin bombardirləri siyahısında 60 qol vuran Kazbek Tuayevə çatıb.
Qeyd edək ki, “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdur – 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə fərqlənib.
- İslamiada: Azərbaycan millisi Səudiyyə Ərəbistana məğlub olub
- UEFA "Barselona" və "Çelsi"ni cəzalandırıb
- "Napoli" "Yuventus"un futbolçusu üçün 25 milyon ödəyəcək
- Misli Premyer Liqası: Yeni mövsümün ilk turunun oyun cədvəli bəlli olub
- Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunda mübarizə aparacaq