İdmançımız Sofiyada qələbə qazanıb
10.07.2025 - 21:57
Bolqarıstanda keçirilən 12-ci Sofiya Suya Tullanma Kubokunun üçüncü yarış günündə də yeniyetmələrdən ibarət milli komandamızın üzvü Maqsud Tahirli bütün rəqiblərini üstələyib.
Apasport.az xəbər verir ki, bundan öncə Maqsud həm 5 metrlik platforma, həm də 3 metrlik tramplindən tullanışlarda da bütün digər iştirakçılardan daha yüksək nəticə göstərərək fəxri kürsünün ən üst pilləsinə layiq görülmüşdü.
Ümumilikdə yarışda 11 ölkədən 160-dan çox yeniyetmə idmançı iştirak edir.
- “Beşiktaş” azarkeşləri “Trabzonspor”la matça buraxılmayacaq
- 6 ildən sonra "Fənərbaxça"ya dönür: "Sarı-lacivərdlilər" daha bir transferi tamamlayıb
- Boksçularımız Astanaya təlim-məşq toplanışına yollanır
- CEV prezidenti millimizin üzvləri ilə görüşüb
- ÇL: “Real Madrid” – “Yuventus” oyununda türkiyəli kapitan
0
0