Mahir Emrelinin bilək sümüyü qırılıb
29.04.2025 - 09:15
Almaniya II Bundesliqa təmsilçilərindən "Nürnberq"də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
31-ci turda keçirilən "Fortuna" ilə matçda 28 yaşlı futbolçu bilək sümüyündən zədə alıb.
Hazırda zədə cərrahi müdaxilə olmadan müalicə olunur. Emreli xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcək.
Qeyd edək ki, Mahir 3:3 hesabı ilə yekunlaşan "Fortuna" ilə matçda komandasının 2-ci qolunu vurub.
- İtaliya çempionatında günün nəticələri: “Komo”dan darmadağın
- Misli Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
- “Beşiktaş” Tammy Abraham transferində “Aston Villa” ilə razılığa yaxındır
- Noyer 2025-ci ildə “Bavariya”ya kömək edə bilməyəcək
0
0