Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində Ramil Əliyev iki, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb.
Qeyd edək ki, komandamız qrupda növbəti oyunlarını mayın 24-də Belçika (13:00), 25-də isə Litva (14:15) seçməsinə qarşı keçirəcək.
- Stefan de Vrey “İnter”dən ayrıla bilər – danışıqlar dayandırıldı
- Aslan Kərimov: "Ukrayna ilə matç Fransa ilə oyundan daha çətin olacaq" - Açıqlama
- Bu gün Yüksək Liqada XV turun oyunları keçiriləcək
- "Betis” və "Haydenhaym"dan səfərdə inamlı qələbə - YENİLƏNİB
- Alperen Şengün üçün sərt xəbərdarlıq: NBA-dan uzaqlaşdırıla bilər