Paraqvaylı futbolçu "Neftçi"də - Rəsmi
26.06.2025 - 21:03

“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür.
25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.
Bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur. O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- "Milan"ın baş məşqçi postuna 5 namizəd
- Milli Paralimpiya komandamız Vətənə qayıdıb
- ÇL: PSJ "Liverpul"a, "Real" "Atletiko"ya rəqib oldu - YENİLƏNİB
- Tofiq Musayev Bakıda keçiriləcək UFC turnirində döyüşəcək
0
0