"Qarabağ"ın futbolçusu 5 oyunluq cəza alıb
03.06.2025 - 14:49

"Qarabağ"ın futbolçusu Yassin Benzia 5 oyunluq cəza alıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Komandanın futbolçusu Yassin Benzia "Sabah"la matçda referini təhqir etdiyinə görə birbaşa “qırmızı” görüb. O, ardınca ədalət təmsilçilərinə fiziki təzyiq göstərməyə cəhd edib və bu səbəbdən 5 matçlıq cəza ilə üzləşib.
“Qarabağ” oyunçunun davranışına görə 3000 manat ödəməli olacaq.
Qeyd edək ki, "Sabah" Azərbaycan kubokunun finalında "Qarabağ"ı məğlub edərək (3:2) kubokun sahibi olub.
- Yamal: "Növbəti mövsüm daha yaxşı olacaq"
- Şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- U-17 yığmamız Gürcüstanla yoxlama oyunu keçirəcək
- Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunda mübarizə aparacaq
0
0