"Qarabağ"ın futbolçusu mövsümün rekorduna imza atıb
05.05.2025 - 09:33
"Qarabağ"ın futbolçusu Amil Rzayev Misli Premyer Liqasında 2024/2025 mövsümünün rekorduna imza atıb.
Apasport.az xəbər verir ki, XXXIII turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi mövsümün ən gənc futbolçusu olub.
O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusu olub.
Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la ev oyununda 2:0 hesablı qələbə qazanıb.
- "Mançester Yunayted" son 11 ildə ilk dəfə avrokuboklardan kənarda qalıb
- Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib
- Türkiyə millisinin heyətində dəyişiklik olub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
- Müller karyerasını ABŞ-də davam etdirə bilər
0
0