"Turan Tovuz"un futbolçusu Rəhim Sadıxov Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu qolunu vurub.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XVII turuna təsadüf edib.
Sadıxov "Sumqayıt"la ev oyununda qələbə topunun müəllifi olub - 2:1. O, 30-cu qolunu 185-ci matçında vurub. Yarımmüdafiəçi "Sumqayıt"da 17, "Zirə"də 10, "Turan Tovuz"da 3 dəfə fərqlənib.
Sadıxov çempionatın tarixində yüksək liqada 30 və daha çox qol vuran 104-cü futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov, Orxan Əliyev və Valter Quqlemonla 100-cü yerə şərikdir.
- Arne Slot "Kristal Palas"la görüşdə iştirak etməyəcək
- “Şamaxı”nın qapıçısı: "Bundan bəhanə kimi istifadə edə bilmərik"
- Şakir Qəribov: “Neftçi" futbolumuzun keçmişidir, bu günüdür, gələcəyidir!” - VİDEO
- Erlinq Halanddan yeni rekord: Premyer Liqada 20 qol, Avropada liderlik
- "Qarabağ"ın 4 legioneri milliyə dəvət alıb