Seneqallı forvard "Qarabağ"a qayıdır? - Fransa klubu ilə müqaviləsi bitir
26.05.2025 - 14:28
Seneqallı forvard "Qarabağ"a qayıdır? - Fransa klubu ilə müqaviləsi bitir

“Qarabağ” hücumçu axtarışlarını davam etdirir.

 Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi sabiq forvardlarından biri ilə danışıq aparır.

Söhbət İbrahima Vadjidən gedir. Azərbaycan çempionu seneqallı forvardı geri qayıtmaq üçün razı salmağa çalışır.

30 yaşlı forvardın “Sent-Etyen”lə müqavilə müddəti gələn ayın sonunda başa çatacaq. 

Qeyd edək ki, Vadji Türkiyədən də bir neçə təklif alıb.

“Qarabağ” isə maliyyə tərəfdən onu narazı salmamaq üçün ən yaxşı təklifini irəli sürüb. Qarşıdakı ayın sonuna qədər Vadji “Qarabağ”a konkret cavab verəcək.