Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulan 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub.
Yubiley topuna Nihat Əhmədzadə imza atıb. Sumqayıtın eyniadlı klubu 3:0 hesablı qələbə ilə 41-ci oyununda qol sayını 51-ə yüksəldib.
Evdə 19, səfərdə 31, neytral meydanda 1 dəfə fərqlənən “Sumqayıt” turnirin tarixində 50 və daha çox qol vuran 20-ci komandadır. Klub tarixində kubokdakı ilk qol isə 2011/12 mövsümünün 1/16 finalında “Lokomotiv”lə (Bakı) səfər matçında (2:0) vurulub.
- Urfan Abbasov: "Sabah bizi ağır oyun gözləyir"
- UEFA "Barselona"nı cəzalandıracaq - Xalları silinə bilər
- Bakıda keçiriləcək dünya çempionatının medalları təqdim edilib – FOTO
- Böyükağa Ağayev: "Azərbaycan çempionatında onlara çatacaq komanda yoxdur, amma..."
- “Qalatasaray”da "qış təmizliyi": 3 futbolçu ilə yollar ayrılır