"Sumqayıt"ın baş məşqçisi 5 oyunluq diskvalifikasiya edilib
03.06.2025 - 12:56
"Sumqayıt"ın baş məşqçisi 5 oyunluq diskvalifikasiya edilib

AFFA U-13 Qızlar Liqasında çıxış edən "Sumqayıt"ın baş məşqçisi Sabir Mütəllimov 5 oyunluq diskvalifikasiya edilib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna AFFA U-13 Qızlar Liqasının yarımfinal mərhələsində “Səbail" və "Sumqayıt" arasında keçirilən cavab matçının 30-cu dəqiqəsində Sumqayıt təmsilçisinin baş məşqçisi Sabir Mütəllimovun texniki zona qaydalarını kobud şəkildə pozduğuna və birinci köməkçi hakimə qeyri-etik jestlər etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəb olub.