Ukrayna klubunun Zamiq Əliyev planı yenə alınmadı
20.10.2025 - 11:53
Ukrayna klubunun Zamiq Əliyev planı yenə alınmadı

Ukraynanın “Veres” klubu Azərbaycan milli komandasının və “Eqnatiya”nın müdafiəçisi Zamiq Əliyevi transfer etmək istəyib.

Apasport.az saytına verilən məlumata görə, ukraynalılar Zamiq üçün növbəti dəfə “Eqnatiya”ya təklif irəli sürüb. 

Lakin həmin təklif də Albaniya çempionunu razı salmayıb.

Əslində, “Veres” 24 yaşlı futbolçunu mövsümün əvvəlində transfer etmək istəyirdi, lakin maliyyə şərtləri “Eqnatiya”nı razı salmadığı üçün keçid baş tutmamışdı. “Vers”in bu dəfəki təklifi də albanların ürəyincə olmadığı üçün onlar Zamiqi satmaq fikrindən daşınıb.

Lakin millimizin üzvü qışda Türkiyə, Rusiya və ya Belçika klublarından birinə keçə bilər. Zamiqin “Eqnatiya” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-a qədərdir.