
"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin kapitanının yubileyi Misli Premyer Liqasının XXXII turuna təsadüf edib.
O, “Neftçi” ilə ev matçına (2:2) start heyətində çıxıb. 31 yaşlı futbolçu 250 oyunda 2 qola imza atıb.
V.Mustafayev Premyer Liqada 5 klubun formasını geyinib. O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8 (1 qol), “Zirə”də 77 (1 qol), “Sumqayıt”da 137 dəfə şans qazanıb. Mustafayev ölkə çempionatları tarixində 250 və ya daha çox oyun keçirən 77-ci futbolçudur.
Qeyd edək ki, onun debütü 2013/2014 mövsümündə gerçəkləşib. V.Mustafayev 2013-cü il noyabrın 22-də baş tutan “Bakı” – “Xəzər Lənkəran” görüşündə (3:0) meydana çıxıb.
- “Turan Tovuz”dan böyük üstünlük, Azərbaycan derbilərinin fərqi
- "Arsenal" Salibanı La Liqa nəhənginə sata bilər
- "Sabah"ın potensial rəqiblərinin sayı azalıb
- Azər Məmmədov : "Legioner limitinin birdən-birə tam olaraq ləğvinin əleyhinə idim"
- Çempionlar Liqasının yeni mövsümündə 6 ingilis klubu çıxış edəcək