Bu gün 12 yaşa qədər oğlanlar arasında U-12 basketbol liqasının yarımfinal oyunları baş tutub.
Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş günün ilk oyununda "Sabah" U-12 və NTD U-12 komandaları üz-üzə gəliblər.
"Sabah" U-12 komandası rəqibinə 42-39 hesabı ilə qalib gələrək ilk finalçı olub.
Günün ikinci oyununda gənclər şəhərinin təmsilçisi "Sumqayıt" U-12, "Naxçıvan" U-12 komandasına qarşı oyunda geridönüş edərək 50-49 hesablı qələbəyə sevinib və adını finala yazdırıb.
Yarımfinal oyunlarında qeydə alınmış hesablara əsasən "Sabah" U-12 və "Sumqayıt" U-12 komandaları final, "Naxçıvan" U-12 və NTD U-12 komandaları isə 3-cü yer uğrunda oyunlarda iştirak edəcəklər.
Qeyd edək ki, U-12 basketbol liqasında final və 3-cü yer uğrundakı oyunlar 28 may tarixində baş tutacaq.
- Finala doğru: Qurbanov “7”, Berezutski ilk üçün
- "Fənərbaxça" razılaşdı - Klubu oyunçunu cəzalandırdı
- Azərbaycan Kuboku: “Neftçi” – “Sabah” matçının təyinatları bəlli oldu
- Kinqsli Koman Ronaldo ilə komanda yoldaşı ola bilər
- Ramin Quliyev: “Neftçi” – “Qarabağ” görüşündə heç-heçə ədalətli hesab olardı"