"Barselona" - "İnter" matçı təxirə salına bilər
29.04.2025 - 10:18
Çempionlar Liqasının yarımfinalı çərçivəsində baş tutacaq "Barselona" - "İnter" matçı təxirə salına bilər.
Apasport.az "Daily Express"ə istinadla xəbər verir ki, bunun səbəbi İspaniyada elektrik enerjisində kəsinti olmasıdır.
Milan klubu bu gün İspaniyaya yola düşəcək. Oyunun təxirə salınma riski olduğu üçün italyanların səfəri təxirə düşə bilər.
Qeyd edək ki, "Barselona" - "İnter" cütü arasında ilk qarşılaşma aprelin 30-da, Bakı vaxtilə saat 23:00-da başlamalıdır.
- AFFA II Liqa klublarını cəzalandırıb
- 6 ildən sonra "Fənərbaxça"ya dönür: "Sarı-lacivərdlilər" daha bir transferi tamamlayıb
- Əfsanəvi hücumçu Yan Raş reanimasiyaya yerləşdirilib
- Trent Buhagiar: "Misli Premyer Liqası İtaliya B seriyasından heç də geri qalmır"
- "Barselona" Niko Uilyamsı "qara siyahı"ya salıb
0
0