“Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
20.02.2025 - 11:56
“Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Real Madrid” “Mançester Siti” üzərində 3:1 hesablı inamlı qələbə qazanıb.

"Real" - "Siti" matçının nəticəsi

Apasport.az xəbər verir ki, ümumi 6:3 hesabı ilə "şəhərlilər"i məğlub edən "Real" turnirin növbəti mərhələsinə yüksəlib.

"Real"dan yeni rekord

“Kral” klubu ardıcıl 22-ci dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib. Madridlilər tarixdə buna nail olan ilk komanda olub.

“Real Madrid”in Çempionlar Liqasının 1/8 finalındakı potensial rəqibi

Çempionlar Liqasının növbəti turunda Karlo Ançelottinin komandası "Atletiko Madrid" və ya "Bayer"lə qarşılaşacaq.