Yamaldan ardıcıl rekordlar
07.05.2025 - 10:58
"Barselona"nın vingeri Lamin Yamal cari Çempionlar Liqasında bir matçda uğurlu driblinglərin sayına görə rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 17 yaşlı futbolçu "İnter"lə cavab oyununda (3:4) rəqiblərini 14 dəfə məğlub edərək turnirin rekordunu yeniləyib.
Bundan əvvəl PSJ-nin futbolçusu Bredli Barkol "Salzburq" ilə matçda 10 driblinqlə ən yaxşı ünvanına sahib idi.
Həmçinin Yamal 18 yaşadək qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində 10 matça çıxan ilk oyunçu olub.
Qeyd edək ki, “İnter” ümumi hesabda “Barselona”nı 7:6 məğlub edərək finala vəsiqə qazanıb.
- Beynəlxalq dərəcəli referilərimiz Qazaxıstandakı açıq çempionatda hakimlik edəcək
- "Zirə"dən darmadağın, "Neftçı" bacarmadı
- Albaniyadan Zamiq Əliyev və Yusif İmanov barədə açıqlama
- Azərbaycan millisinin baş məşqçisi: "Haiti heç də zəif rəqib deyil"
- Ayxan Abbasov: "Futbolçularım mübarizədən çəkinməyəcəklər"
0
0