Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, görüşlərin nəticəsinə əsasən Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb.
Zidan Hümbətov (54 kq) ikinci döyüşündə İlgiz Korqonbayevə (Qırğızıstan) qalib gəlib. O, rəqibini ikinci raundda tam üstünlüklə məğlub edib. Hümbətov yarımfinalda Ali Muratla (Qazaxıstan) üz-üzə gələcək. Görüş martın 8-də olacaq.
Boksçumuz yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.
Qeyd edək ki, “Adriatik incisi”ndə daha 3 boksçumuz yarımfinalda mübarizə aparacaq. Banuçiçək Nəsirli (48 kq) Natalya Nieviadomska (Polşa) ilə, Özləm Həsənova (66 kq) Akbota Yessimbekova (Qazaxıstan) ilə, İlkanə Əhmədova (+81 kq) Sabina Jaksiliklə (Qazaxıstan) döyüşəcək.
- "İnter"in qapıçısı "Barselona" ilə oyunun ən yaxşısı seçilib - VİDEO
- NBA: “Boston Seltiks” və “Los-Anceles Leykers”dən qələbə
- "Fənərbaxça" "Adidas"la 5 illik müqavilə imzalayıb
- Birinci Liqa: "Qəbələ" və "Karvan"dan qələbə, "Mingəçevir"dən heç-heçə - YENİLƏNİB
- Güləşçilərimiz İtaliyada 3 gümüş medal qazanıblar