Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə iyunun 21-də Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.
Apasport.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində (ACF-nin inzibati binası) gerçəkləşəcək imtahanın 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıq olduğu bildirilib.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
- Yayda gəldi, qışda yola saldılar - Super Liqa klubunda ayrılıq
- FİFA 2026 Dünya Kubokunda yeni qayda tətbiq edəcək - 3 dəqiqə...
- Sane Səudiyyə Ərəbistanı klubunu rədd edib - "Bavariya"da qalmaq istəyir
- "Bavariya" israr edir, PSJ buraxmır
- “Şamaxı”nın qapıçısı: "Bundan bəhanə kimi istifadə edə bilmərik"