Kişilərdən ibarət cüdo yığmamız dünya çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.
Apasport.az xəbər verir ki, cüdoçularımız Milli Komandaların Təlim-Məşq Mərkəzində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb olunublar. Məşqlərin birinci hissəsi fiziki, ikinci mərhələsi isə texniki-taktiki hazırlıqdan ibarətdir.
Toplanışa performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç rəhbərlik edir.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında dünya çempionatı 13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Azərbaycanı bu mötəbər turnirdə 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız, həmçinin qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.
- FIFA referisi I Liqaya vəsiqə uğrunda pley-off görüşünə təyinat alıb
- Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul edib
- İslamiada: Daha bir güləşçimiz yarımfinala adlayıb
- “Fənər” Türkiyə Superkubokunun finalında - YENİLƏNİB
- Albert Riera: "Hakimə bunu bildirmək mənim işim deyil"