Fiziyev: "Rəqibim şou göstərmək istəyirsə..."
18.06.2025 - 14:56
Fiziyev: "Rəqibim şou göstərmək istəyirsə..."

"Rəqibim şou göstərmək istəyirsə, mən ona yalnız təşəkkür edə bilərəm".

Apasport.az xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev mətbuat konfransında deyib. 

Döyüşçü Bakıda çıxış edəcəyi üçün xoşbəxt olduğunu bildirib:

"Evdə mübarizə aparacağım üçün xoşbəxtəm. Öz ölkəmdə çıxış edəcəyəm. Azarkeşlərin bizə dəstək olması böyük motivasiyadır. Rəqibim şou göstərmək istəyirsə, mən ona yalnız təşəkkür edə bilərəm. Biz güləşməyə və hər şeyə hazırıq".

Qeyd edək ki, Rafael Fiziyevin çilili rəqibi İqnasio Bahamondes mətbuat konfransında Fiziyevdən daha yaxşı olduğunu söyləyib:

"Azarkeşlərə üç raunddan ibarət şou göstərmək istəyirəm".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.