Bakıda ilk dəfə keçiriləcək “UFC Fight Night: Hill vs. Rountree Jr.” turniri ərəfəsində “Qarabağ” futbol klubunun stadionunda Azərbaycanlı idmançı Rafael Fiziev, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və futbolçu Bəhlul Mustafazadə bir araya gəliblər.
Apasport.az xəbər verir ki, Rafael Fiziev klubun bazasına gəlib, Qurban Qurbanov ilə görüşüb. Baş məşqçı döyüşçünü stadionla tanış edib.
Qurban Qurbanov Azərbaycanlı döyüşçüyə “11” nömrəli klub formasını hədiyyə edib. Rafael Fiziev isə öz növbəsində “Qarabağ” klubunun baş məşqçisinə UFC-nin rəsmi əlcəklərini təqdim edib.
Daha sonra Rafael Fiziev və Bəhlul Mustafazadə məşhur «tirə zərbə» oyununda qüvvələrini sınayıblar. Ardınca Fiziev Bəhlula bir neçə zərbə texnikasını nümayiş etdirib.
Qeyd edək ki, 47.3 milyon izləyicisi olan UFC-nin rəsmi "Instagram" səhifəsində tədbirdən foto və videolar paylaşılıb.
- Boksçularımız Debretsendə beynəlxalq turnirdə mübarizə aparacaq
- "Fənərbaxça"dan açıqlama: Çağlar Söyüncünün əzələsində qanaxma aşkarlanıb
- Boksçumuz Gürcüstanda gümüş medal qazanıb
- “Feyenord” tribunalarında "istefa" səsləri: Van Persinin taleyi sual altındadır
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb