"Sumqayıt" 2025-ci ildə ilk qolunu vurub.
Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi buna Misli Premyer Liqasının XXVI turunun “Kəpəz”lə matçında nail olub.
Komanda bununla da, 11 oyunluq uğursuz seriyaya son qoyub. Belə ki, "Sumqayıt" sonuncu dəfə 2024-cü il dekabrın 8-də fərqlənib.
"Neftçi" ilə matçda (2:0) son nöqtəni Cordan Rezabala qoyub. Həmin görüşdən sonra "bənövşəyilər" 92 gün rəqib qapısının torunu silkələyə bilməyib.
3 ay 2 günlük uğursuzluğu "Kəpəz"lə oyunun 20-ci dəqiqəsində Roi Kehat sonlandırıb.
Qeyd edək ki, "Sumqayıt" bu mövsüm 26 matçda 16 dəfə fərqlənib.
- "Viktoriya Plzen" - "Fənərbaxça" matçı niderlandlı hakimlərə tapşırılıb
- “Turan Tovuz”dan böyük üstünlük, Azərbaycan derbilərinin fərqi
- "Ayaks"dan Tadiç açıqlaması: "Hər ehtimalı dəyərləndirə bilərik"
- "Neftçi"nin tarixində ilk: Emin 200-cü oyuna çıxıb
- "Sumqayıt"a kim yaraşar: Uğuru, yoxsa pulu düşünən?