Azərbaycan Voleybol Federasiyası (AVF) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan voleybol festivalı keçirib.
Apasport.az xəbər verir ki, 12 yaşadək voleybolçu qız və oğlanlardan ibarət komandaların iştirak etdiyi festival Bakı ilə yanaşı, bölgələrdə də (Gəncə, Naxçıvan, Hacıqabul, Tovuz, Sumqayıt, Oğuz, Qəbələ, Şəki, Zaqatala) təşkil olunub.
Paytaxtdakı festivalda 12, ümumilikdə isə tədbirlərdə 94 komanda iştirak edib.
Bakıdakı festival Dənizkənarı Milli Park ərazisində baş tutub. AVF prezidenti Şahin Bağırov tədbiri giriş sözü ilə açaraq iştirakçıları və qonaqları salamlayıb. O, bildirib ki, festivalın keçirilməsində məqsəd uşaqların idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və dostluq, komanda ruhu kimi dəyərləri təşviq etməkdir.
Sonra festival açıq elan edilib.
Ərazidə qurulan voleybol meydançalarında uşaqlar arasında simvolik yarışlar və müxtəlif oyunlar təşkil olunub.
Sonda festivalda iştirak edən uşaqlara sertifikatlar, valideynlərə isə təşəkkürnamələr verilib.
- Tahir Süleymanov: "Sabah"ın fasiləyə lider getməsi sürpriz olmadı"
- Sabir Zeynalov Çində bürünc medal qazanıb
- UEFA-nın dəstəyi ilə keçirilən minifutbol turnirinə yekun vurulub
- Messi və Suarez dubl etdi, "İnter Mayami" qələbə qazandı - VİDEO
- FİFA 2026 Dünya Kubokunda yeni qayda tətbiq edəcək - 3 dəqiqə...